"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviç Avropaya köçməyə hazırlaşır. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Milan"dan sonra "Mançester Yunayted" də veteran forvardın xidmətində maraqlıdı.

"Qırmızı şeytanlar" 38 yaşlı oyunçu ilə artıq danışıqlara da başlayıb. Premyer Liqa təmsilçisi isveçlini yanvarda heyətində qatmaq niyyətindədi. Romelu Lukaku və Aleksis Sançesin gedişindən sonra mərkəz hücumçusu axtarışında olan "mankunianlar" Zlatan sayəsində bu boşluğu doldurmaq istəyir.

Qeyd edək ki, Zlatan İbrahimoviç 2016-2018-ci illərdə "Mançester Yunayted"də çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest