"Northwest Football Awards 2019" İngiltərədə ilin ən yaxşılarını açıqlayıb. Matc.az saytı xəbər verir ki, bu baxımdan "Liverpul"lular seçilib.

İlin ən yaxşı futbolçusu adına "qırmızılar"ın müdafiəçisi Vircil van Deyk layiq görülüb. O, Bernardo Silva ("Mançester Siti") və Luk Şounu ("Mançester Yunayted") qabaqlayıb. "Yüksələn ulduz" nominasiyasının qalibi "Liverpul"un digər müdafiəçisi Trent Aleksander-Arnold olub.

İlin baş məşqçisi isə çempionlar Liqasının qalibi olan "mersisaydlılar"ın çalışdırıcısı Yurgen Klopp seçilib. Onun "Mançester Siti"dəki həmkarı Pep Qvardiola bu nominasiyada 4-cü olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest