İtaliya millisinin və "Milan"ın sabiq üzvü Rikkardo Montolivo karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında deyib. 
 
Montolivo, futboldan getdiyini bildirib: "Bu andan etibarən futbolu biritirəm. Ailəmlə birlikdə Milanda yaşamağa davam edəcəm. Bundan sonra nə edəcəyimi bilmirəm. "Milan" məni karyeramı bitirməyə vadar etdi. 7 ildən sonra azarkeşlərlə vidalaşa bilmədim".
 
2012-ci ildən "Milan"da forma geyinən Montolivo, 2018/19 mövsümündə heç bir rəsmi qarşılaşmada iştirak etməyib. Onun "qırmızı-qaralar"la müqaviləsi 2019-cu ilin yayında bitmişdi və o gündən işsiz idi.
 
Montolivo 66 dəfə İtaliya millisinin formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest