"Real" fransalı mərkəz müdafiəçisi İbrahim Konatenin zədəsi ilə bağlı təfərrüatları açıqlayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, "Kral klubu"nun tibbi personalı 27 yaşlı müdafiəçinin sağ ayağının kollateral bağında zədə aşkarlayıb. Onun bərpa prosesi klubun nəzarəti altında keçəcək.
Klub və futbolçu onun artıq milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən sonra meydana qayıda biləcəyinə ümid edir.
"Real" növbəti matçını oktyabrın 10-da keçirəcək. Madridlilər La Liqanın 8-ci turu çərçivəsində "Vilyarreal" ilə qarşılaşacaq.
Xatırladaq ki, Konate bu zədəni Millətlər Liqasının startı ərəfəsində Fransa millisinin düşərgəsində alıb.
Əlavə edək ki, 27 yaşlı fransalı futbolçu bu yay İngiltərənin "Liverpul" klubundan Madrid təmsilçisinə keçib. O, bu müddət ərzində komandanın heyətində 7 matçda meydana çıxıb.












_1790281476.jpg)
