Futbol üzrə Xorvatiya milli komandasının və “Real”ın futbolçusu Luka Modriç mükafatlandırılıb. Matc.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi “qızıl ayaq” mükafatını qazanıb. 
 
Bu barədə Xorvatiya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
“Qızıl ayaq” mükafatı hər il 29 yaşdan yuxarı futbolçulara verilir. Mükafata builki namizədlər arasında Kriştiano Ronaldo, Robert Levandovski, Serxio Aquero, Lionel Messi, Ueyn Runi kimi futbolçular yer almışdı.
 
Mükafatın son sahibi PSJ-dən Edinson Kavani idi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest