Azərbaycan yığması bu gün AVRO-2020-nin seçmə mərhələsində növbəti görüşünü keçirəcək. Matc.az xəbər verir ki, Uelslə qarşılaşma komandamızın tarixi ərzində 255-ci sınağı olacaq.

İndiyədək 254 görüşə çıxan komandamız 49 qələbə qazanıb, 69 heç-heçə edib və 136 oyunda meydandan məğlub ayrılıb. öz qapısından 428 top buraxan milli cəmi 192 dəfə fərqlənib.

Yığmamız bu gün "Bakcell Arena"dan 3 xalla ayrılacağı təqdirdə, qazandığı qələbələrin sayı 50-yə çatacaq. Bərabərlik isə millimizin tarixində 70-ci olacaq.

Uelslə qarşılaşma rəsmi turnirlərdə 131-ci matç olacaq. Dünya və Avropa çempionatlarının seçmə mərhələləri və Millətlər Liqasında 130 oyuna çıxan komanda 15 qələbə qazanıb, 27 heç-heçə edib və 88 dəfə uduzub. Rəqib qapılarına 77 qol vuran futbolçularımız 271-ni buraxıb.

Avropa çempionatlarının seçmə mərhələlərində 67-ci dəfə meydana çıxacaq yığma indiyədək 6 qələbə qazanıb, 10 heç-heçə edib. 50 dəfə uduzan milli 41 qol vurub, 161-ni buraxıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest