AVRO-2021-in seçmə mərhələsində Danimarka ilə qarşılaşan (2:3) Ukraynanın U-21 komandası Bakıya yollanıb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda Azərbaycan millisi ilə keçiriləcək yoldaşlıq görüşü üçün ölkəmizə tam heyətlə gəlməyib.

Məsələ burasındadı ki, Bakı səfəri öncəsi 3 futbolçu heyətdən çıxarılıb. Bunlar Yevgeni çeberko, Efim Konoplya və Georgi çitaişvilidi. Adıçəkilən oyunçuların səhhətində problem yarandığı üçün baş məşqçi Ruslan Rotan onları heyətdən çıxarmalı olub.

Qeyd edək ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 18:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest