UEFA-nın keçmiş prezidenti Mişel Platini futbolda videotəkrarın təsiri barədə danışıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı funksioner texnikanın futbola müsbət təsir etmədiyini düşünür.

O, bunun komandalara kömək olmadığını söyləyib: "VAR-ın niyə heç bir problemi həll etmədiyini izah etmək yarım saat çəkəcək. Mən VAR-ın əleyhinəyəm və düşünürəm ki, bu, cəfəngiyatdı. Amma təəssüf ki, heç vaxt geri qayıtmayacağıq".

Qeyd edək ki, Mişel Platini 2007-2015-ci illərdə UEFA prezidenti postunu tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest