"Bakı" klubunun keçmiş futbolçusu Serxio Kontreras həbs olunub. Matc.az "rfi.fr" saytına istinadən xəbər verir ki, "Koke" ləqəbli keçmiş hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir.

Serxio vətəni İspaniyanın Estepona şəhərində, polis reydi zamanı saxlanılıb. 
Açıqlama verən hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışların davam etdiyini, ümumilikdə 20-yə yaxın şəxsin tutulduğunu bildiriblər. Onlardan dəyəri 775 min dollar olan, 1 tona yaxın həşiş aşkarlanıb. Serxionun narkotiklərin satışı ilə məşğul olan şəbəkəyə rəhbərlik etdiyi bildirilib. Keçmiş hücumçu hazırda Malaqada polis bölməsində saxlanılır.
 
Karyerası ərzində "Marsel", "Malaqa", "Sportinq" kimi komandalarda forma geyinən Serxio, 2012-ci ildə "Bakı" klubunda çıxış edib. Keçmiş hücumçu 2017-ci ildə karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest