Almaniya çempionu "Bavariya" qapıçısı Kristian Fryuxtla yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, bu barədə Münhen klubunun rəsmi saytı məlumat yayıb.
 
Gənc qolkiperlə yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədərdi. Əvvəlki müqavilənin müddəti 2020-ci ilin iyun ayında bitəcəkdi.
 
Fryuxtl "Bavariya"nın öz yetirməsidi. 20 yaşlı qolkiper Münhen təmsilçisinin ikinci komandasında çıxış edir və hələlik, əsas komandanın heyətində rəsmi oyun keçirməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest