Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Şahmat Olimpiadasına yekun vurulub. Matç.az saytı xəbər verir ki, bu gün sonuncu – XI turun görüşləri keçirilib.

Kişilərdən ibarət Azərbaycan millisi Serbiya ilə qarşılaşıb. Son turlarda ardıcıl uğursuzluqlar yaşayan yığmamız bu dəfə bütün lövhələrdə qələbə qazanıb – 4:0.

Nəticədə komandamız turniri 15 xalla başa vurub. Mükafatlara namizədlərdən sayılan, lakin imkanlarından qat-qat aşağı çıxış edən millimiz Olimpiadanı 15-ci sırada başa vurub.

Çempion adına isə Çin yiyələnib. ABŞ 2-ci, Rusiya 3-cü yeri tutub.

Daha yaxşı çıxış edən xanım şahmatçılarımız son turda Vyetnamla qarşılaşıb. Yığmamız oyuna Günay Məmmədzadənin qələbəsi ilə başlasa da, üstünlüyünü qoruya bilməyib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Yekunda komandamızın hesabında 16 xal olub. Millimiz Olimpiadanı 10-cu sırada bitirib.

Kişilərdə olduğu kimi, qadınlarda da 1-ci yeri Çin tutub. Ukrayna 2-ci, Gürcüstanın 1-ci komandası 3-cü olub.

 

Şahmat Olimpiadası

XI tur

5 oktyabr

Kişilər

Serbiya – Azərbaycan - 0:4
Duşan Popoviç (2517) – Teymur Rəcəbov (2751) - 0:1
Miloş Roqanoviç (2527) – Arkadi Naydiç (2721) - 0:1
Marko Neneziç (2495) – Rauf Məmmədov (2699) - 0:1
Velimir İviç (2472) – Eltac Səfərli (2676) - 0:1
Son tur ərəfəsində liderlər qrupu: 1. Çin – 18, 2. ABŞ – 18, 3. Rusiya – 18, 4. Polşa – 17, 5. İngiltərə - 17, 6. Hindistan – 16, 7. Vyetnam – 16, 8. Ermənistan – 16, 9. Fransa – 16, 10. Ukrayna – 16... 15. Azərbaycan – 15

Qadınlar

Vyetnam – Azərbaycan - 2:2
Ti Kim Punq Vo (2368) – Günay Məmmədzadə (2438) - 0:1
Le Tao Nquyen Pam (2347) – Zeynəb Məmməyarova (2358) - 0,5:0,5
Ti Bao Tram Hoanq (2323) – Gülnar Məmmədova (2355) - 0,5:0,5
Ti Mai Hunq Nquyen (2244) – Ülviyyə Fətəliyeva (2320) - 1:0
Yekun “onluq”: 1. Çin – 18, 2. Ukrayna – 18, 3. Gürcüstan-1 – 17, 4. Rusiya – 16, 5. Macarıstan – 16, 6. Ermənistan – 16, 7. ABŞ – 16, 8. Hindistan – 16, 9. Gürcüstan-2 – 16, 10. Azərbaycan – 16.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest