Karyerasında əlamətdar həddə çatan 30 yaşlı hücumçu "Zirə" forması ilə keçirdiyi 121-ci matçda 40-cı dəfə rəqib qapılarına yol tapıb. Onun ümumi orta məhsuldarlığı 0,33 qola bərabərdir.

"Zirə"nin hücumçusu Davit Volkov Azərbaycan Premyer Liqasında əlamətdar rəqəmlə yadda qalıb. Matc.az xəbər verir ki, gürcüstanlı futbolçu Premyer Liqanın IX turunda "Sumqayıt"la keçirilən ev oyununda (3:2) fərqlənməklə, paytaxt təmsilçisinin heyətində yubiley qoluna imza atıb.
 
Karyerasında əlamətdar həddə çatan 30 yaşlı hücumçu "Zirə" forması ilə keçirdiyi 121-ci matçda 40-cı dəfə rəqib qapılarına yol tapıb. Onun ümumi orta məhsuldarlığı 0,33 qola bərabərdir.
 
Bu göstərici ilə Volkov Azərbaycan çempionatları tarixində yüksək liqada eyni klubun heyətində 40 və ya daha çox qol vuran 30-cu futbolçu kimi tarixə düşüb. O, bu göstəricidə Fernando Peres ("Bakı") və Mehman Allahverdiyevə ("Kəpəz") çatıb.
 
Qeyd edək ki, Azərbaycan çempionatları tarixində eyni klubun heyətində ən çox qol vuran oyunçu rekordu "Qarabağ"ın sabiq hücumçusu Müşfiq Hüseynova məxsusdur – 109 qol.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest