çempionlar Liqasının (çL) qrup mərhələsinin V turu çərçivəsində "Srvena Zvezda" ilə keçirilən oyun "Bavariya"nın hücumçusu Robert Levandovski üçün əlamətdar olub. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu ikinci hissədə 15 dəqiqə ərzində pokerə imza atıb.

Bununla Polşa millisinin üzvü "Bavariya"nın heyətində çL-də qol sayını 46-ya çatdırıb. Levandovski Münhen klubunun bu turnirdəki bombardiri Tomas Mülleri (43 qol) geridə qoymağı bacarıb.

Ulduz futbolçu eyni zamanda çempionlar Liqasında ümumi qol sayını 63-ə yüksəldib. O, hazırda yalnız 4 futbolçudan geri qalır. Bunlar Kriştianu Ronaldo (127), Lionel Messi (113), Raul Qonzales (71) və Kərim Benzemadı (64).

Qeyd edək ki, "Srvena Svezda" - "Bavariya" matçı 0:6 hesabı ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest