çempionlar Liqasının qrup mərhələsinin V turunda "Yuventus"a məğlub olan (0:1) "Atletiko" işini son tura saxlayıb. Matc.az saytının məlumatına görə, dünən baş tutan oyunlardakı nəticələrdən sonra 7 xalla ikinci pillədə qərarlaşan Madrid təmsilçisi növbəti mərhələyə vəsiqə şansını çətinləşdirib.

çünki hazırda 3-cü pillədə qərarlaşan "Bayer"in aktivində 6 xal var. Leverkuzen təmsilçisi son turda birinciliyi təmin edən "Yuventus"u qəbul edəcəksə, "Atletiko" doğma meydanında Moskva "Lokomotiv"ini sınağa çəkəcək.

Madridlilərin bu turda büdrəməsi və "Bayer"in qələbəsi Dieqo Simeonenin komandasını Avropa Liqasına yuvarladacaq. İspaniya mətbuatı "Atletiko"nun məhz bundan qorxduğunu vurğulayıb. çünki komanda 2017-18 mövsümündə Azərbaycan çempionu "Qarabağ"la hər iki qarşılaşmada bərabərə qalaraq, 1/8 finaldan məhrum olmuşdu. Həmkarlarımız "Lokomotiv"in yeni "Qarabağ" olma ehtimalını vurğulayıb: "Atletiko"nun büdrəməsi onu Avropa Liqasına göndərə bilər. Yaxın keçmişdə belə bir hal yaşanmışdı. Simeone "Qarabağ"ın yaşatdığı problemin təkrarlanmasından narahatdı. Onlar "Lokomotiv"in yeni "Qarabağ" olmasından qorxurlar. Ancaq hər şey komandanın öz əlindədi".

Qeyd edək ki, 2017-18 mövsümündə "Qarabağ"la hər iki görüşdə heç-heçə edən "Atletiko" nəticədə qrupda 3-cü yeri tutaraq, çempionlar Liqası ilə vidalaşmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest