Çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Həftənin ən yaxşısı adına Robert Levandovski ("Bavariya"), Lionel Messi ("Barselona"), Romelu Lukaku ("İnter") və Keylor Navas (PSJ) namizəddilər.

çempionlar Liqasında qrup mərhələsinin V turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Matc.az saytının məlumatına görə, UEFA 4 futbolçunun adını azarkeşlərə təqdim edib.

Həftənin ən yaxşısı adına Robert Levandovski ("Bavariya"), Lionel Messi ("Barselona"), Romelu Lukaku ("İnter") və Keylor Navas (PSJ) namizəddilər. Geridə qalan turda Levandovski pokerə imza atıbsa, Messi 1 qol, 2 assist, Lukaku 1 qol, 1 assist edib, Navas isə 11 seyvlə komandasına 1 xal qazandırıb.

Azarkeşlər arasında aparılacaq səsvermənin nəticəsi sabah müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest