Çempionlar Liqasının qrup mərhələsinin V turunda keçirilən oyunlardan sonra həftənin qoluna namizədlər açıqlanıb. Matc.az xəbər verir ki, UEFA ən yaxşı qola iddiaçıları açıqlayıb.

Bu ada "Yuventus"dan Paulo Dibala, "Atalanta"dan Alexandro Qomes, "İnter"dən Lautaro Martines və "Bayer"dən Sven Bender namizəddi.

Dibala "Atletiko"nu 1:0, Bender "Lokomotiv"i, Qomes Zaqreb "Dinamo"sunu 2:0, Martinez "Slaviya"nı 3:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest