Bu gün çempionlar Liqasında (çL) qrup mərhələsinin VI - sonucu turuna start verilib. Matc.az saytının məlumatına görə, ilk olaraq E, F, G və Ha qruplarında mübarizə yekunlaşıb.

E qrupunun ilk 3 yerində qərarlaşanlar son turun nəticələrinə görə, 1/8 finala və Avropa Liqasının 1/16 finalına yollanacaq komandaları müəyyənləşdirib. Turnirin son qalibi olan "Liverpul" səfərdə "Zalsburq"a məğlub olarsa, çL-lə vidalaşa bilərdi. Amma İngiltərə təmsilçisi inamlı qələbə sayəsində nəinki buna imkan verməyib, həm də qrup birincisi kimi növbəti mərhələyə adlayıb. "Napoli" isə "Genk"i darmadağın etməklə pley-offa yüksəlib. "Zalsburq" da Avropa Liqasına vəsiqə qazanıb.

F qrupunda "İnter"lə Dortmund "Borussiya"sı ikinci xoşbəxti müəyyənləşdirib. "İnter" liderliyi təmin edən "Barselona"nı, "Borussiya" isə sonuncu yerin sahibi "Slaviya"nı qəbul edib. Milan təmsilçisinin liderə məğlub olduğu gündə Dortmund klubu qələbə qazanmaqla qrup ikincisi olub. Bu üzdən də "İnter" mübarizəni Avroliqada davam etdirmək məcburiyyətində qalıb.

G qrupunda hər şeyə son turda aydınlıq gəlib. Lider "Leypsiq"lə ikinci pillənin sahibi "Zenit" səfər oyununa çıxlb. "Leypsiq"dən fərqli, "Zenit"lə "Lion"dan kimin növbəti mərhələyə adlayacağını son tur müəyyənləşdirib. Almaniya və Fransa təmsilçiləri ilk iki yeri tutmaqla çL-də mübarizəni davam etdirmək hüququ qazanıb. "Benfika" isə qrup üçüncüsü kimi Avroliqaya vəsiqə qazanıb.

H qrupunda "çelsi" öz meydanında "Lill"ə qalib gəlməklə adını 1/8 finala yazdırıb. Digər yerin sahibi isə "Ayaks" - "Valensiya" qarşılaşmasında bəlli olub. İspaniya təmsilçisi minimal hesabla qalib gəlməklə çL-in sonuncu finalçısını qrupda saxlayıb. üçüncü yerlə kifayətlənən "Ayaks" mübarizəni Avroliqada davam etdirəcək.

 

çempionlar Liqası

Qrup mərhələsi, VI tur

10 dekabr

E qrupu

"Napoli" (İtaliya) - "Genk" (Belçika) 4:0
Qol: Milik, 3; 26; 38-pen. Mertens, 75-pen.

"Zalsburq" (Avstriya) - "Liverpul" (İngiltərə) 0:2
Qol: Keyta, 57. Salah, 58.

1

Liverpul

6

4

1

1

13-8

13

2

Napoli

6

3

3

0

11-4

12

3

Zalsburq

6

2

1

3

16-13

7

4

Genk

6

0

1

5

5-20

1

 

F qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Slaviya" (çexiya) 2:1
Qol: Sanço, 10. Brandt, 61 - Souçek, 44.

"İnter" (İtaliya) - "Barselona" (İspaniya) 1:2
Qol: Lukaku, 44 - Peres, 23. Fati, 87.

1

Barselona

6

4

2

0

9-4

14

2

Borussiya D.

6

3

1

2

8-8

10

3

İnter

6

2

1

3

10-9

7

4

Slaviya

6

0

2

4

4-10

2

 

G qrupu

"Lion" (Fransa) - "Leypsiq" (Almaniya) 2:2
Qol: Auar, 50. Depay, 82 - Forsberq, 9-pen. Verner, 33-pen.

"Benfika" (Portuqaliya) - "Zenit" (Rusiya) 3:0
Qol: çervi, 47. Pitsi, 58-pen. Azmun, 79-öz qapısına.

1

Leypsiq

6

3

2

1

10-8

11

2

Lion

6

2

2

2

9-8

8

3

Benfika

6

2

1

3

10-11

7

4

Zenit

6

2

1

3

7-9

7

 

H qrupu

"çelsi" (İngiltərə) – "Lill" (Fransa) 2:1
Qol: Abraham, 19. Aspilikueta, 35 - Remi, 78.

"Ayaks" (Hollandiya) – "Valensiya" (İspaniya) 0:1
Qol: Rodriqo, 24.

1

Valensiya

6

3

2

1

9-7

11

2

çelsi

6

3

2

1

11-9

11

3

Ayaks

6

3

1

2

12-6

10

4

Lill

6

0

1

5

4-14

1

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest