çempionlar Liqasının 4 qrupunda mübarizə yekunlaşıb. Matc.az saytının məlumatına görə, E, F, G və H qruplarında baş tutan qarşılaşmalar maraqlı statistik göstəricilər ortaya çıxarıb.

- "Benfika"ya səfərdə 0:3 hesabı ilə məğlub olan "Zenit" qrupda sonuncu yeri tutaraq avrobkuoklarla vidalaşıb. Bununla Rusiya təmsilçisi son 10 ildə ilk dəfə avrokubokların pley-off mərhələsində iştirak etməyəcək. Belə bir hadisə sonuncu dəfə 2009-10 mövsümündə baş vermişdi. Həmin vaxt komanda Avropa Liqasında pley-offa yüksələ bilmimişdi.

- "Zenit"in buraxdığı 3-cü qol zamanı hücumçu Sərdar Azmun avtoqola imza atıb. Bununla o, Rusiya klublarının çL tarixində avtoqol edən ilk forvardı olub. Buna qədər ruslar 8 avtoqola üzülmüşdülər ki, onun 7-də müdafiəçi, 1-də isə yarımmüdafiəçi antiqəhrəman olmuşdu.

- "Barselona"nın "İnter"i 2:1 hesabı ilə məğlub etdiyi səfər matçı kataloniyalıların hücumçusu Ansu Fati üçün əlamətdar olub. Son dəqiqələrdə qələbə topunun müəllifi olan Fati çempionlar Liqası tarixində qol vuran ən gənc futbolçu kimi tarixə düşüb. O, 17 yaş 40 günlüyündə bunu bacarıb. Əvvəlki rekord Piter Ofori-Kuayeyə məxsus idi. Qanalı 1997-ci ildə "Olimpiakos"un heyətində "Rusenborq"la matçda qol vuranda 17 yaş 6 ay 7 günlüyündə olub.

- Son turda "Leysiq"lə bərabərə qalan "Lion" (2:2) 1/8 finala yüksəlib. Ancaq çL-dən heç bir fransız komandası Avropa Liqasına yollanmayıb. Həmçinin ikinci dərəcəli turnirdə mübarizə aparan fransızlar da pley-off üzü görməyəcəklər. 2011-12 mövsümündən sonra ilk dəfə Avropa Liqasının pley-offunda Fransa təmsilçisi olmayacaq.

Qeyd edək ki, A, B, C və D qruplarının son oyunları bu gün keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest