çempionlar Liqasında qrup mərhələsi başa çatıb. Matc.az saytının məlumatına görə, dünən A, B, C və D qruplarında son görüşlər keçirilib.

Baş tutan qarşılaşmalardan sonra komandaların baş məşqçiləri fikirlərini bölüşüb...

Hans-Diter Flik ("Bavariya"nın baş məşqçisi): "Oyunumuzdan məmnunam. Rəqibi "sındırmağa" çalışdıq. çox qol vəziyyətləri yaratsaq da, reallaşdıra bilmədik. Amma yenə də 3:1 hesablı qələbə qazandıq".

Joze Mourinyo ("Tottenhem"in baş məşqçisi): "Mənim üçün yaxşı və vacib oyun oldu. Amma çıxaracağım nəticələr barədə ucadan danışmaq istəmirəm. özüm üçün dəyərli məlumatlar topladım. çox güclü komandaya qarşı çıxış etdik və bu, bizim üçün ən yaxşı sınaq idi".

Yuri Syomin ("Lokomotiv"in baş məşqçisi): "Atletiko"nu məğlub etmək üçün eyni səviyyəli oyunçular olmalıdı. Ancaq bu oyun faydalıdı. Bizim üçün hər matç əla dərsdi. "Atletiko" çox bahadı, dəyəri bir milyard dollara yaxındı. Orda seçilən insanlar var".

Dieqo Simeone ("Atletiko"nun baş məşqçisi): "Oyuna yaxşı başladıq, penaltini vura bilmədik, təzyiq göstərməyə davam etdik. Müsbət enerji, nikbinlik var idi. Komanda olaraq əla matç keçirdik. 1/8 finala çıxmaq asan deyil. Yenidən pley-offa qayıtdığımız üçün sevincliyəm".

Tomas Tuxel (PSJ-nin baş məşqçisi): "Monpelye" ilə oyundan sonra da eyni hissləri keçirmişdim. Komandanın oyunundan, xarakterindən və psixoloji münasibətindən məmnunam. "Qalatasaray" bir sıra aparıcı oyunçusuz çıxış etdi. Rəqib usta futbolçulara malik komandadı. Amma "Park de Pren"də bizə qarşı oynamaq asan deyildi".

Fatih Terim ("Qalatasaray"ın baş məşqçisi): "Turniri yaxşı şəkildə başa vurmadıq. Ancaq bəzən bu cür oyunlardan yararlanmaq olur. İlk 30-35 dəqiqədə normal oynadıq, amma bu, heç nəyi dəyişmədi. Düzünü deyim, həyatımın ən pis oyunu idi. "Real" və PSJ-nin bizdən güclü olduğunu qəbul edirik. Gələcəkdə qərarlarımız daha radikal olmalıdı".

Can Pyero Qasperini ("Atalanta"nın baş məşqçisi): "Sona qədər inanmağa davam etdik. çünki "Şaxtyor"la "Dinamo" arasındakı oyun heç-heçə nəticələnmişdi. Təbii ki, son turda "Dinamo" - "Mançester Siti" görüşünün nəticəsi də önəmli idi. Bu, bütün "Atalanta" komandasının qələbəsidi. Vacib oyunçuları itirə bilərik, vəziyyətlərdən asılı olmayaraq güclüyük. Növbəti mərhələdə kiminlə düşməyin önəmi yoxdu. Bütün rəqiblər güclüdü".

Luiş Manuel Kaştro ("Şaxtyor"un baş məşqçisi): "Atalanta"nın ilk qolu bütün oyunu öldürdü. Lazımi tarazlığı ikinci hissənin əvvəlinə qədər qoruduq. Ancaq sonra rəqib qol vurdu. Bəzən sadəcə şansa ehtiyacınız olur. Nəticə çox ağrılıdı".

Pep Qvardiola ("Mançester Siti"nin baş məşqçisi): "İlk hissədə oyun bizim diktəmizlə keçmədi. Amma ümumilikdə 75 dəqiqəni yaxşı keçirdik və əla nəticə qazandıq. Xorvatiyaya gəlməzdən əvvəl ilk yeri təmin etmişdik, amma yenə də şərəf və klubumuz üçün mübarizə apardıq. Bəzi oyunçularımız əvəzolunmaz təcrübə topladı. Bu qələbə bizə gələcəkdə kömək edəcək".

Zinəddin Zidan ("Real"ın baş məşqçisi): "üç xala layiq idik, çünki həlledici dəqiqələrdə təsirli çıxış etdik. "Brügge" yaxşı komandadı, ancaq ikinci hissədə üstün olduq. Qurulan heyətdən və nümayiş olunan futboldan razıyam. Növbəti mərhələdə "Liverpul"la düşsək, onları məhv edəcəyik (gülür)".

Mauritsio Sarri ("Yuventus"un baş məşqçisi): "Ronaldo ilə İquainin yanında Dibalanı oynatmaq üçün münasib anı gözləyirdim. Hər üçünü ilk dəqiqələrdən meydana buraxsaydım, bəlkə də, başqa cür olardı. "Bayer"in yorulduğunu, müdafiə ilə yarımmüdafiə arasında geniş boşluq yarandığını hiss edəndə "trio" şəklində oynatdım. Artıq Avropanın ən yaxşı 16 komandası qalıb. Düzdü, 3-4 böyük klub var. Amma bu mərhələdə heç-heçə üstünlük sayılmır".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest