Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib. Komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

Azərbaycanda 2019-cu ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, komanda.az saytının jurnalistlər arasında keçirdiyi ənənəvi sorğuda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qalib olub.

63 mətbu orqanından 67 jurnalistin qatıldığı sorğuda Qurbanov digər namizədləri böyük fərqlə geridə qoyaraq, 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. O, 58 səs toplamaqla birinci olub. Bununla da, Qurbanov 10-cu dəfə Azərbaycanda ilin ən yaxşı məşqçisi seçilib.

Sorğuda iştirak edənlərdən 6-sı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasova, 2-si “Qəbələ”yə ölkə kubokunu qazandırmış Sənan Qurbanova, 1-i isə “Səbail”in çalışdırıcısı Aftandil Hacıyevə səs verib. Maraqlıdı ki, “Neftçi”nin italiyalı baş məşqçisi Robertə Bordinə sorğuda səs verən olmayıb.

“Qarabağ” son mövsümdə Qurban Qurbanovun rəhbərliyi altında Azərbaycan çempionu olub, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb. “Köhlən atlar” cari mövsümdə də 31 xalla Azərbaycan Premyer Liqasının vahid lideridi.

Qurban Qurbanovun ilin ən yaxşı məşqçisi kimi mükafatandırılması mərasimi dekabrın 14-də keçiriləcək. Tədbir “Fairmont otel”in (“Üç alov qülləsi”) Səttar Bəhlulzadə zalında keçiriləcək və saat 16.00-da başlayacaq.

 

Kim kimə səs verib?

Qurban Qurbanov – 58

Ayxan Abbasov – 6

Sənan Qurbanov – 2

Aftandil Hacıyev – 1

Roberto Bordin – 0

İdman qəzetləri

Mahir Rüstəmli (“Futbol+”) – Qurban Qurbanov

Qabil Mehdiyev (“İdman”) – Qurban Qurbanov

İdman saytları

Kənan Məstəliyev (“Rekord.az”) – Qurban Qurbanov

Səxavət Qurbanov (“İdmanxeber.az”) – Qurban Qurbanov

Elçin Cəlilov (“Futbolpress.az”) – Qurban Qurbanov

Saleh Arslan (“Korner.az”) – Qurban Qurbanov

Amal Abuşov (“Sport7.az”) – Qurban Qurbanov

Aydın Bağırov (“Qol.az”) – Qurban Qurbanov

Kamran Hacı (“Allsport.az”) – Qurban Qurbanov

Pərvin Kazımoğlu (“Fanat.az”) – Qurban Qurbanov

Ceyhun Əliyev (“Sport24.az”) – Qurban Qurbanov

PFL.az – Qurban Qurbanov

Rüfət Nadirli (“Sportarena.az”) – Qurban Qurbanov

Mirələm Həsənli (“Sportlife.az”) – Qurban Qurbanov

Fərəc Aslanov (“Olimpsport.az”) – Qurban Qurbanov

Elşən Məmmədov (“Sportnet.az”) – Qurban Qurbanov

Seymur Teymurov (“Offsideplus.az”) – Ayxan Abbasov

İxtiyar Əsgərov (“Matc.az”) – Qurban Qurbanov

Xanoğlan İmanov (“Stadium.az”) – Qurban Qurbanov

Mərdan Həsənov (“Newsport.az”) – Qurban Qurbanov

Araz Əhmədov (“Sportfm.az”) – Qurban Qurbanov

Çingiz Abbasov (“Futbol11.az”) – Qurban Qurbanov

Vüqar Xeyrullayev (“Apasport.az”) – Qurban Qurbanov

Ceyhun Əzizli (“Aut.az”) – Qurban Qurbanov

Vüsal Məmmədzadə (“Sportline.az”) – Qurban Qurbanov

Vüqar Zeynalov (“Azerisport.com”) – Qurban Qurbanov

İbrahim Cəfərov (“Futbolxeber.az”) – Qurban Qurbanov

İlkin Vaqifoğlu (“Sportinfo.az”) – Aftandil Hacıyev

Şahin Oğuz (“Sportal.az”) – Qurban Qurbanov

İlkin Vidadioğlu (“Sportmedia.az”) – Qurban Qurbanov

Əli Həyati (“Futbolmedia.az”) – Qurban Qurbanov

Ürfan Məmmədli (“Cempion.az”) – Qurban Qurbanov

Anar Cəfərsoy (“Supersport.az”) – Qurban Qurbanov

Komanda.az

Rəşad Ergün – Qurban Qurbanov

Aygül Qarayeva – Qurban Qurbanov

Şahin Cəfərov – Ayxan Abbasov

Pərviz Eltürk – Qurban Qurbanov

Vüqar Məmmədov – Qurban Qurbanov

Televiziya

Gündüz Abbaszadə (“CBC Sport”) – Qurban Qurbanov

Mehman Rəsulov (“Real” TV) – Qurban Qurbanov

Azər İsmayıl (ARB TV) – Qurban Qurbanov

Ceyhun Rzayev (“Xəzər” TV) – Qurban Qurbanov

Sənan Şəfizadə (ATV) – Qurban Qurbanov

Kənan Hakimov (“İctimai” TV) – Qurban Qurbanov

Tərlan Şahinoğlu (“İdman” TV) – Qurban Qurbanov

Rövşən Əhlimanoğlu (“Lider” TV) – Qurban Qurbanov

İctimai-siyasi mətbuat

İlham Quliyev (“Kaspi” qəzeti) – Qurban Qurbanov

Səbuhi Musayev (“Oxu.az”) – Qurban Qurbanov

Elsevər Məmmədov (“Qafqazinfo.az”) – Qurban Qurbanov

Vəsilə Yusuflu (“Bakupost.az”) – Sənan Qurbanov

İlqar Tağıyev (“525-ci qəzet”) – Qurban Qurbanov

Səxavət Məmməd (“Yenicag.az”) – Qurban Qurbanov

Ceyhun Məmmədov (“Şərq qapısı” qəzeti) – Qurban Qurbanov

Elçin Cəfərov (“Azərbaycan” qəzeti) – Qurban Qurbanov

Aygün İlqarqızı (“Unikal.org”) – Qurban Qurbanov

Təranə Xudabaxşiyeva (“Ayna.az”) – Qurban Qurbanov

Teymur Tuşiyev (“Sputnik Azərbaycan”) – Ayxan Abbasov

Elmir Əliyev (“Haqqin.az”) – Qurban Qurbanov

Zahir Əzəmət (“Qaynarinfo.az”) – Qurban Qurbanov

Həbib Müntəzir (“Meydan TV”) – Ayxan Abbasov

Aqil Lətifov (“Publika.az”) – Ayxan Abbasov

Şamo Quliyev (“Report.az”) – Qurban Qurbanov

Zahid Nurəliyev (“Teleqraf.com”) – Qurban Qurbanov

Aytən Məmmədova (“Azadliq.info”) – Qurban Qurbanov

Hacıbəy Heydərli (“Azxeber.com”) – Ayxan Abbasov

İlkin Baba (“Azərbaycan radiosu”) – Sənan Qurbanov

Ramin Deko (“Azadlıq radiosu”) – Qurban Qurbanov

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest