Futbol üzrə UEFA Çempionlar Liqasında son turun rəmzi komandası məlum olub. Matc.az UEFA-nın saytına istinadən xəbər verir ki, rəmzi komandada “Atalanta”, “Benfika”, “Atletiko” və “Mançester Siti”dən 2 futbolçu yer alıb.

Qapıçı: Alisson Bekker (“Liverpul”);

Müdafiəçilər: Robin Qosens, Timoti Kastan (hər ikisi “Atalanta”), Alexandro Qrimaldo (“Benfika”), Felipe (“Atletiko”);

Yarımmüdafiəçilər: Joao Feliks (“Atletiko”), Fil Foden (“Mançester Siti”), Pizzi (“Benfika”);

Hücumçular: Kilian Mbappe (PSJ), Arkadiuş Milik (“Napoli”), Qabriel Jezus (“Mançester Siti”).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest