Braziliyanın əfsanəvi futbolçusu Ronaldinyo "Barselona"dakı sabiq komanda yoldaşı Lionel Messinin 6-cı dəfə "Qızıl top" mükafatını qazanmasına münasibət bildirib. "Sambaçı" Messinin buna layiq olduğunu söyləyib.

Ancaq o, argentinalının futbol tarixinin ən yaxşısı adlandırılması ilə razı deyil: "Mən Leoya görə xoşbəxtəm. çünki o, mənim dostum və "Barselona"nın simasıdı. Ancaq onun digər böyük oyunçularla daim müqayisə edilməsini xoşlamıram. Maradona, Pele, Ronaldo var. Daim tarixin ən yaxşı oyunçusunu axtarmayın.  Leonun tarixin ən yaxşısı olduğunu söyləyə bilmərəm, ancaq dəqiq öz dövrünün ən yaxşı oyunçusudu".

Qeyd edək ki, Lionel Messi 2009, 2010, 2011, 2012, 2015 və 2019-cu illərdə "Qızıl top"u qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest