"Barselona"nın hücumçusu Luis Suares Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son turunda "İnter"lə qarşılaşmada fərqlənə bilməyib. Matc.az xəbər verir ki, uruqvaylı forvard bu turnirdə ardıcıl 21-ci səfər oyunudu ki, qol vura bilmir.

Bununla Suares antirekorda imza atıb. Bir tur əvvəl Arif Ərdəmi ("Qalatasaray": 1993-2001) geridə qoyan ulduz futbolçu antirekordun müəllifi olan Nvanko Kanunu ("Arsenal": 1999-2004) da qabaqlayıb.

Qeyd edək ki, Luis Suares 2014-cü ildən "Barselona"nın formasını geyinir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest