Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşü atılıb. Matc.az saytının məlumatına görə, UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçirilən püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da başlayıb.

Püşk zamanı eyni qrupdan çıxan və eyni ölkəni təmsil edən komandalar bir-birilərinə rəqib ola bilməzdi. Püşkatma Madridin iki böyük klubu "Real" və "Atletiko"nu İngiltərə nəhəngləri "Mançester Siti" və "Liverpul"a rəqib edib.

 

1/8 finalın cütlükləri

"Borussiya" (Dortmund, Almaniya) - PSJ (Fransa)

"Real" (İspaniya) - "Mançester Siti" (İngiltərə)

"Atalanta" (İtaliya) - "Valensiya" (İspaniya)

"Atletiko" (İspaniya) - "Liverpul" (İngiltərə)
 
"Çelsi" (İngiltərə) - "Bavariya" (Almaniya)
 
"Lion" (Fransa) - "Yuventus" (İtaliya)
 
"Tottenhem" (İngiltərə) - "Leypsiq" (Almaniya)
 
"Napoli" (İtaliya) - "Barselona" (İspaniya)
 

Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları 18-19 və 25-26 fevralda, cavab görüşləri 10-11 və 17-18 martda keçiriləcək. 1/4 final, yarımfinal və final mərhələlərinin püşkü isə martın 20-də atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest