"Qaret bu oyunu, qələbə qazanmağı, qol vurmağı, qarşısına hədəf qoymağı sevir. Təbii ki, bütün problemləri idarə etmək mümkün deyil. Ancaq tənqidlər ona təsir etmir. Dünyanın ən güclü klublarından birində çıxış edir".

Uels millisinin baş məşqçisi Rayan Giqqz komandanın kapitanı Qaret Beyli növbəti dəfə müdafiə edib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, çalışdırıcı yetirməsi barədə "Real" azarkeşlərinin tənqidləri ilə razılaşmır.

Giqqz ulduz futbolçunun buna layiq olmadığını bildirib və ondan Avropa çempionatında çox şey gözlədiyini vurğulayıb: "Qaret bu oyunu, qələbə qazanmağı, qol vurmağı, qarşısına hədəf qoymağı sevir. Təbii ki, bütün problemləri idarə etmək mümkün deyil. Ancaq tənqidlər ona təsir etmir. Dünyanın ən güclü klublarından birində çıxış edir. Dörd dəfə Çempionlar Liqasının qalibi olub. Bu tənqidlərə sinə gərmək üçün hər şeyi qazanıb. Ümid edirəm ki, Avropa çempionatına qədər yaxşı forma yığar və qitə birinciliyində komandamızı arxasınca aparar".

Qeyd edək ki, Uels millisi AVRO-2020-də Türkiyə, İsveçrə və İtaliya ilə birlikdə A qrupunda yer alıb. Qrupun oyunları Bakı və Romada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest