Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli təyinat alıb. Matc.az xəbər verir ki, o, futzal üzrə AVRO-2022-nin ilkin seçmə mərhələsinin G qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.
Bu qrupda Latviya, Danimarka və Estoniya milli komandaları mübarizə aparacaq. Oyunlar yanvarın 30-dan fevralın 1-dək Latviyada keçiriləcək.
Qeyd edək ki, bu, Elçin Səmədlinin hakim-inspektor kimi ilk beynəlxalq təyinatıdı.