Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün ilk yoxlama oyununa çıxıb. Tərlan Əhmədovun komandası Almaniyanın III Bundesliqa təmsilçisi "Zviçkau" klubu ilə qarşılaşıb. Görüş Bakı vaxtilə saat 17:00-da başlayıb.
Türkiyədə təlim-məşq toplanışında olan "Keşlə" bu gün ilk yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Tərlan Əhmədovun komandası Almaniyanın III Bundesliqa təmsilçisi "Zviçkau" klubu ilə qarşılaşıb.
Bakı vaxtilə saat 17:00-da başlayan görüşdə qapılara 5 qol vurulub. "Keşlə" bu oyunda böyük hesabla məğlub olub.
Qeyd edək ki, "Keşlə" yanvarın 22-də Rusiyanın "Arsenal", 24-də isə Slovakiyanın "Zemplin" klubları ilə üz-üzə gələcək.
Yoxlama görüşü
17 yanvar
"Keşlə" - "Zviçkau" (Almaniya) 1:4
Qol: Şohruh Qadoyev, 31.