Bu gün basketbol üzrə Azərbaycan Super Liqasında 13-cü turun oyunları keçirilib. Matc.az xəbər verir ki, turun bütün qarşılaşmaları Azərbaycan Texniki Universtitetinin basketbol arenasında baş tutub.
 
Turun gözlənilməyən nəticəsi lider “Zirvə”nin “Atletik”lə oyununda qeydə alınıb. Belə ki, çempionatın lideri bu dəfə öz məharətini göstərə bilməyib. Üstəlik, "Zirvə"nin kapitanı Zaur Paşayevin "dişsiz" oyunu və amerikalı Çarls İtonun 4-cü hissədə 5 folla meydançanı tərk etməsi "Atletik"in inamlı qələbəsi ilə nəticələnib.
 
Azərbaycan Super Liqası
13-cü tur
18 yanvar
 
Gəncə - Atom 73:81
 
Xırdalan - 80-lər 83:55
 
Zirvə - Atletik Baku 70:82
 
Sərkərdə - Sıçrayış 63:78

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest