AFFA 19 yaşlılardan ibarət milli komandamızın iki futbolçusunu qovub.

Matc.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının futbolçuları Elnur Hüseynov ("Neftçi", qapıçı) və Vüsal Şabanov ("Zaqatala", qapıçı) nizam-intizam qaydalarını pozduqlarına görə (siqaret çəkdikləri üçün) komandanın heyətindən kənarlaşdırılıblar.

Hər iki futbolçunun intizamsız davranış barədə məxsus olduqları klublara AFFA tərəfindən məlumat göndərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest