PSJ-nin baş məşqçisi Tomas Tuhel komandanın hücumçusu Edinson Kavani barədə danışıb. Matc.az xəbər verir ki, almaniyalı mütəxəssis uruqvaylı oyunçunun ayrılmaq istədiyini söyləyib.

"Düzdür, Kavani hələ də komandanın bir parçasıdır. Ancaq o, bizə ayrılmaq istədiyini bildirib. Biz böyük komandayıq. Hər şeyə hazır olmalıyıq. İlərləyən günlərdə hər şey dəqiqləşəcək" - deyə, Tuhel bildirib.

Qeyd edək ki, 32 yaşlı futbolçu karyerasını "Atletiko"da davam etdirmək istəyir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest