İngiltərə Premyer Liqasının 24-cü turu çərçivəsində “Vulverhempton”la qarşılaşacaq “Liverpul” bu oyuna üç itki ilə çıxacaq. Matc.az klubun saytına istinadən xəbər verir ki, “qırmızılar”ın zədəli futbolçularından Deyan Lovren sağalıb.
 
Onun komanda ilə məşq etdiyi və baş məşqçi Yurgen Kloppun şans verəcəyi halda, bu oyunda meydana çıxa biləcəyi bildirilir.
 
Komandanın digər üç zədəli futbolçusu – Ceyms Milner, Xerdan Şakiri və Nabi Keyta bu oyunda iştirak edə bilməyəcək. Klopp futbolçuların vəziyyəti ilə bağlı bunları deyib:
 
“Lovren komanda ilə məşqlərə başlayıb və zədəsini tam sağaldıb. Digər üç futbolçu isə hələ komanda ilə məşq etməyiblər. Onlar tezliklə komandaya qoşulacaqlar”.
 
“Vulverhempton” – “Liverpul” oyunu bu gün, saat 00:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest