"Rəqibin son oyunlarını təhlil etmişdik. Bilirdik ki, çox keyfiyyətli, aqressiv futbolçuları var".
"Qəbələ"nin məşqçisi Amil Ağacanov Azərbaycan Premyer Liqasının VI turunun "Neftçi" ilə (0:3) görüşündən sonra mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, o, komandasının məğlubiyyətini şərh edib və jurnalistlərin suallarını cavablandırıb.
- Ağır məğlubiyyət oldu. Deyiləsi sözümüz çoxdur. Rəqibin son oyunlarını təhlil etmişdik. Bilirdik ki, çox keyfiyyətli, aqressiv futbolçuları var. Yeni baş məşqçimiz gəlib, son 2-3 ildə oynadığımız sistemi dəyişmişdik. Bunun yaxşı tərəfləri də var idi. 0:1-ə qədər yaxşı oynayırdıq, top saxlayırdıq, aqressivliyimiz var idi. Ancaq rəqib sonda meydana sürətli futbolçularını buraxdı. Təəssüf ki, sonda ağır məğlubiyyətlə üzləşdik.
- Yayda əcnəbi qapıçı gətirdiniz. Artur Mottanın hazırlıq durumu necədir?
- Biz onu birinci qapıçı kimi gətirməmişik. Kim güclüdürsə, o da dayanacaq qapıda. Bizdə Həbib Hüşənov da var. U-20 yığmasındadır. Onların toplanışları daha çox olduğu üçün qapıçı axtarırdıq. Rəqabət üçün qapıçı dəvət etdik. Səlahət Ağayev yaxşı formadadır. Arturdan da razıyıq. Gələcəkdə imkan olarsa, onu da meydana buraxacağıq.









_1789752783.png)



