Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirəcək.
 
Matc.az xəbər verir ki, yığmamız Şimali Makedoniyanın müvafiq yaş qrupuna aid yığması ilə üz-üzə gələcək.
 
Görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest