"Real"ın baş məşqçisi Joze Mourinyo Formula 1 pilotlarının futbolçular üçün nümunə olduğunu və mühüm anlara yanaşma baxımından onlardan öyrənilməli çox şeyin olduğunu bəyan edib.

Matc.az xəbər verir ki, bu barədə Formula 1-in rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, təcrübəli mütəxəssis hər iki idman növündə böyük gərginliyin olduğunu vurğulayıb:

"Bilərsiniz, orada da, burada da nəhəng təzyiq mövcuddur. Əgər söhbət ən yüksək səviyyəli idmandan gedirsə, böyük təzyiq qaçılmazdır. Lakin mənə elə gəlir ki, mühüm anlara yanaşma baxımından onlar bizdən bir addım öndədirlər. Biz, ənənələrə görə, bir-birimizdən çox təcrid olunuruq".

Mourinyo pilotların psixoloji hazırlığının futbolçulara örnək ola biləcəyini qeyd edib:

"Onlar böyük təzyiq altındadırlar, lakin sükan arxasına əyləşməzdən əvvəl bir yerdə olurlar – insanlarla görüşür, PR öhdəliklərini yerinə yetirir, mətbuatla ünsiyyət qururlar. Hesab edirəm ki, bizim onlardan öyrənəcəyimiz şeylər var: onlar tam rahat ola bilirlər, yarım saatdan sonra isə boliddə həyatlarını riskə atırlar".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest