Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" qış fasiləsində ilk yoxlama oyununu keçirib.

Matc.az xəbər verir ki, Qazaxıstan təmsilçisi "Jilina" ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə sona çatıb. Emil Balayev oyunun iştirakçısı olmayıb.

Qeyd edək ki, erməni baş məşqçi Qriqoriy Balayan komandaya təyin olduqdan sonra Balayevin "Tobol"dan ayrılması gündəmə gəlib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest