"Qalatasaray" braziliyalı müdafiəçi Lyankonu heyətinə qatmaq istəyir. Matc.az xəbər verir ki, İstanbul təmsilçisi İtaliyanın "Torino" klubunda çıxış edən 22 yaşlı oyunçu üçün danışıqlara başlayıb."Sarı-qırmızılar" oyunçunu mövsüm sonuna qədər icarəyə götürmək istəsə də, Turin təmsilçisi Lyankonu satmaq niyyətindədir. "Qalatasaray"ın baş məşqçisi Fatih Terim ötən gün komandasının mərkəz müdafiəçisinə ehtiyac duyduğunu açıqlamışdı.

Qeyd edək ki, gənc oyunçu bu mövsüm komandası ilə 6 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest