“Danışılmış oyunlarla bağlı istintaq davam edir. Hüquq-mühafizə orqanlarına minnətdarlığımızı bildiririk”. Matc.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib.

O bildirib ki, danışılmış oyunlarla bağlı cinayət işlədən insanlar, bunu bir daha təkrarlamağa çalışırlar: "Bizdə olan məlumata görə, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi var. Amma onlara cəza verə bilmərik. Çünki futbolla məşğul olmayıblar. Virusu hələ məhv etməmişik, bu, çox çətindir. Cinayət işlədən insanlar, bunu bir daha təkrarlamağa çalışırlar”.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest