Mauro İkardinin gələcəyi ilə bağlı diqqətçəkən bir xəbər yayılıb. "Qalatasaray"dakı 4 illik macərasının başa çatmasından sonra azad agent statusunda olan 33 yaşlı argentinalı hücumçu karyerasında yeni ünvan axtarır.
Matc.az xəbər verir ki, bu barədə "Calcio Mercato" nəşri məlumat yayıb.
Bildirilir ki, Roberto De Zerbinin rəhbərlik etdiyi "Tottenhem" Mauro İkardini heyətinə qatmağı düşünür.
Daha əvvəl "İnter" və PSJ formaları da geyinən İkardinin, karyerasının son mərhələsində bir daha yüksək səviyyəli komandada çıxış etmək istədiyi qeyd olunur.
Son həftələrdə A Seriyasına geri dönə biləcəyi danışılan təcrübəli forvardın qarşısında bu dəfə Premyer Liqadan sürpriz bir seçim ortaya çıxıb.
London klubu, müqaviləsi əlində olan argentinalı ulduzu hər hansı bir transfer haqqı ödəmədən heyətinə qata bilər.













