Qadın həndbolçular arasında "çelenc kuboku"nda 3-cü mərhələnin cavab oyunları keçirilib. Matç.az saytının məlumatına görə, Azərbaycan təmsilçisi "Azəryol" Türkiyə klubu "Yenimahalle Bələdiyyəspor"la qarşılaşıb.

İlk görüşdə 30:29 hesabı ilə qalib gələn komandamız üstünlüyünü qoruya bilməyib. Ankarada baş tutan oyun ev sahiblərinin 31:24 hesablı qalibiyyəti ilə başa çatıb.

Bu nəticə sayəsində növbəti mərhələyə vəsiqə qazanan komanda "Yenimahalle Bələdiyyəspor" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest