Futbol üzrə Fransa kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Matc.az xəbər verr ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
 
"Sent-Etyen" aşağı liqa təmsilçisi "Epinal"la üz-üzə gəlib və bu rəqibinə qalib gəlməklə sürprizə imkan verməyib.
 
Daha öncə "Renn", PSJ və Lion "Olimpik"i də yarımfinala yüksəlmişdi.
 
Fransa kuboku
1/4 final
11 fevral
 
Belfort – Renn 0:3
Qol: Rafinya, 23. Nyanq, 71-pen. Sibaço, 90+1.
 
12 fevral
 
Dijon – PSJ 1:6
Qol: Şuyar, 13 – Lautoa, 1-öz qapısına. Mbappe, 44. T.Silva, 50. Sarabia, 55; 90+1. Kulibali, 86-öz qapısına.
 
Olimpik (Lion) – Olimpik (Marsel) 1:0
Qol: Auar, 81.
 
13 fevral
 
Epinal – Sent-Etyen 1:2
Qol: Krasso, 62-pen – Bouanqa, 37. Kamara, 58.
 
Beləliklə, yarımfinalda PSJ Lion "Olimpik"i ilə, "Sent-Etyen" isə "Renn"lə mübarizə aparacaq. Bu oyunlar martın 3-4-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest