"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva Portuqaliyaya qayıtmaq istədiyini bildirib. Matc.az xəbər verir ki, o, bir gün "Benfika"ya dönəcəyini açıqlayıb:

"Mən bundan əvvəl də bir neçə dəfə demişdim ki, "Benfika" üçün darıxıram. Oranı vaxtından əvvəl tərk etdim. Ancaq bir gün qayıdacağımı düşünürəm. Əgər klub məni yenidən komandada görmək istəsə, geri dönəcəm".

Qeyd edək ki, UEFA "Mançester Siti"ni iki illik avrokuboklardan kənarlaşdırıb. Komandanın bəzi oyunçularının klubdan ayrılması gündəmdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest