Almaniyanın "Hoffenhaym" klubu futbolçusu Stiven Zuberin müqaviləsinin müddətini artırıb. Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
28 yaşlı yarımmüdafiəçi ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
2014-cü ildən "Hoffenhaym"da çıxış edən Zuber, 23 dəfə də İsveçrə yığmasının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest