"Barselona" yayda "İnter"in hücumçusu Lautaro Martinesi heyətinə qatmaq niyyətindədir. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisi futbolçunu almaq istəsə də, onun üçün nəzərdə tutulan 115 milyon avronu ödəmək istəmir.

 Məlumata görə, klub bu mövsüm "Bavariya"da oynayan orta sahə oyunçusu Filipp Koutinyonu da transferə daxil etmək istəyir. "Barselona"da gözləntilərin uzağında qalan braziliyalı ilə Martinesi dəyişmək düşünülür.

22 yaşlı argentinalı futbolçu isə kataloniyalılara keçməyə müsbət yanaşır. O, "İnter" rəhbərliyindən bu transferə mane olmamalarını istəyib.

Qeyd edək ki, Martines bu mövsüm A seriyasında 21 matçda 11 qol vurub və 4 assist edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest