Hazırda turnir cədvəlinin 4 və 5-ci pilləsində qərarlaşan "Çelsi"nin aktivində 41, "Tottenhem"in isə 40 xal var. Bu komandaların mövsümün sonunda maksimum 74 və 73 xal toplaya bilər. "Liverpul"un isə hesabında 76 xal var, yəni "Çelsi" və "Tottenhem" Yurgen Kloppun komandasını qabaqlaya bilməyəcək.

2019/2020 mövsümündə Çempionlar Liqasında qatılacaq ilk komanda müəyyənləşib. Matc.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinə qatılmaq hüququna "Liverpul" sahib çıxıb.  

Bu, İngiltərə Premyer Liqasının dünən gecə keçirilən "Çelsi" - "Mançester Yunayted" görüşünün nəticəsindən sonra bəlli olub. Belə ki, londonluların öz meydanında 0:2 hesabı ilə uduzmasından sonra "Liverpul"un turnir cədvəlinin ilk "dördlüy"ündə qalacağı rəsmiləşib.

Hazırda turnir cədvəlinin 4 və 5-ci pilləsində qərarlaşan "Çelsi"nin aktivində 41, "Tottenhem"in isə 40 xal var. Bu komandaların mövsümün sonunda maksimum 74 və 73 xal toplaya bilər. "Liverpul"un isə hesabında 76 xal var, yəni "Çelsi" və "Tottenhem" Yurgen Kloppun komandasını qabaqlaya bilməyəcək.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest