 
 
	İspaniyada təlim-məşq toplanışında olan Rusiyanın "Ufa" klubu buradakı hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.
	Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Başqırdıstan təmsilçisi İsveçrənin "Rappersvil" klubu ilə üz-üzə gəlib. 
	üç qolun qeydə alındığı matç "Ufa"nın qələbəsiylə başa çatıb – 2:1. Azər bu görüşün iştirakçısı olmayıb.
	Əliyevin komandası növbəti sınaq matçını fevralın 22-də Moskva çSKA-sına qarşı keçirəcək.
				
         	
                                             
               
 
             
 















