"Yuventus" klubunun və Belçika millisinin hücumçusu Loi Openda "Lion"a keçib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, keçid satınalma seçimi olmadan 1 illik icarə əsasında baş tutub. "Qoca sinyora" bu transfer üçün 3 milyon avro qazanacaq.

Openda ötən yay 42,75 milyon avro qarşılığında "Leypsiq"dən "Yuventus"a qoşulmuşdu. Lakin o, Turin klubunun ümidlərini doğrultmayıb və meydana çıxdığı 33 matçda cəmi 2 qolla yadda qalıb. "Transfermarkt" portalı belçikalı futbolçunun dəyərini 32 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest