"İlk uğurumuzu qazandıq. Buna isə tarix deyirik, çünki belədi". Matç.az saytının məlumatına görə, bunu Kosovo Futbol Federasiyasının (KFF) prezidenti Agim Ademi deyib.

Federasiyanın rəsmi saytına açıqlama verən qurum rəhbəri Millətlər Liqasında Azərbaycan millisi üzərində qazanılan 4:0 hesablı qələbəni dəyərləndirib. O, bunu sabiq prezidentləri Fadil Vokrriyə həsr edib: "Əfsanəvi prezidentimiz Fadil Vokrri vaxtilə ilk addımı atıb. Bu müvəffəqiyyətin təməlini o qoyub. Bu axşam gözəl futbolçularımızla, məşqçi heyətimizlə və azarkeşlərimizlə onun arzusunu gerçəkləşdirdik. Bu üzdən heç vaxt olmadığım qədər rahatam. çünki burdan cənnətə səslənirəm: prezident, başladığınız işi başa çatdırdıq".

Ademi qısa müddətdə Kosovo futbolunun ciddi inkişaf etdiyini vurğulayıb: "FİFA və UEFA tərəfindən qəbul edildikdən sonra daim uğurlu çıxış etməyimiz məni xoşbəxt edir. Bunlara sevinmək istəyirəm. Amma həyat bu gecə sevinclə yanaşı, kədər göz yaşları da axıdır. Uzun və fədakarlıqlarla dolu yol qət etdikdən sonra, nəhayət ki, önümüzdə yaşıl işıq görürük. Artıq başqa səviyyədəyik. Meydandakı futbolçular və tribunalardakı azarkeşlər ac olduqlarını göstərdilər. İlk hədəfə çatsaq da, bu, son deyil. Artıq xəyalımız Aç-2020-yə vəsiqə qazanmaqdı. Amma indi qələbəni qeyd etmək zamanıdı. Digər hədəflərə çatacağımıza da inanıram. Kosovo millisi böyük nailiyyət qazandı. Bu, futbolumuzun səviyyəsinin artdığının sübutudu. Yığmanın oyunları bir çox istedadlı futbolçunu üzə çıxardı. Onlara bir daha təşəkkür edirəm".

Qeyd edək ki, qrupu birinci pillədə başa vuran Kosovo yığması pley-off mərhələsində vəsiqə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest