Azərbaycan atleti Nazim Babayev atletika üzrə “Meeting Hauts de France pas de Calais” beynəlxalq turnirində iştirak edib.
 
Matc.az xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan Babayev yarışda 17,15 metr nəticə göstərərək “Tokio 2020”yə lisenziya qazanıb.
 
23 yaşlı atlet, bu nəticə ilə gümüş medala yiyələnib və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib.
 
Nazim Babayev 2019-cu ildə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest