Səudiyyə Ərəbistanının "Neom" klubunun seneqallı müdafiəçisi Malanq Sarr komandası ilə birlikdə təlim-məşq toplanışında olduğu İspaniyanın Markelya şəhərindəki otellərin birində döyülüb.
Matc.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.
Bildirilir ki, Sarrı restorandan küçəyə çıxararaq döyüblər. Bunu edənlərin futbolçunun öz agentinin adamları olduğu iddia edilir.
Hadisəyə səbəb kimi maliyyə münaqişəsi göstərilsə də, oyunçu özü bu məlumatı təkzib edir. Cari ilin yayında Sarr agentindən gizli şəkildə "Lans"dan illik 13 milyon avro maaşla "Neom"a transfer olunmaq barədə fərdi qaydada razılığa gəlib. Bu addım isə agenti böyük məbləğdə komissiya haqqından məhrum edib.
Xatırladaq ki, Sarr bu ilin yayında azad agent statusu ilə "Neom"a keçib. Buna qədər o, "Lans"la yanaşı, "Nitsa", "Porto", "Çelsi" və "Monako" klublarında da çıxış edib.













