23 Sentyabr 2026, 18:31
FUTBOL
Almaniya milli komandasının yeni baş məşqçisi Yurgen Klopp milli komandanın futbolçuları üçün ciddi qaydalar tətbiq edib.
Matc.az xəbər verir ki, bu barədə nüfuzlu "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, Klopp Almaniya yığmasının oyunçularına idman zalında və masaj zamanı telefonlardan istifadə etməyi, həmçinin təlim-məşq toplanışları zamanı saç kəsimini qadağan edib.
Bundan əlavə, baş məşqçi futbolçuların şam yeməyinə eyni vaxtda gəlməsini tələb edib və yaxınlarının ziyarətinə yalnız müstəsna hallarda icazə verib.
Yurgen Klopp cari ilin yayında Almaniya millisinə baş məşqçi təyin olunub. Mütəxəssis bundan əvvəl "Liverpul" klubunda çalışıb.













